Orta aylıq əmək haqqı 457 manat oldu

Orta aylıq əmək haqqı 457 manat olduİlk yarım ilin nəticələrinə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 505,9 min nəfər olub.

Fins.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, onlardan 874,4 min nəfəri dövlət sektorunda, 631,5 min nəfəri isə qeyri-dövlət sahəsində işləyib.

Muzdla işləyənlərin 22,3%-i təhsildə, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,2%-i sənayedə, 8,8%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,8%-i tikintidə, 4,6%-i nəqliyyat və anbar təsərrüfatında, 3,8%-i peşə, elmi və texniki fəaliyyət sahəsində, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8%-i informasiya və rabitə sahəsində və 17,8%-i iqtisadiyyatın digər sahələrində məşğul olub.

2015-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 457,2 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub.






Fikirlər