Bu şəxslərin maaşı ARTIRILDI – Sərəncam

“Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları artırılıb.

  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 5-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin işçilərinin aylıq vəzifə maaşları 2020-ci il fevralın 1-dən 50 faiz artırılıb.  /Publika.az/






Fikirlər