Mayda 190 manatı belə ALACAQSIZ

Mayda 190 manatı belə alacaqsız

Prosesin gedişatına uyğun olaraq, may ayının 10-dan sonra birdəfəlik ödəmələrin (190 manat) ikinci ayının ödənişlərinin həyata keçirilməsi gözlənilir”.
 "AzerTaym.az" bildirir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov “Qafqazinfo”ya açıqlamasında deyib. O bildirib ki, birinci ayın ödənişlərini almış şəxslərin adına bank hesabı açılaraq 190 manatlıq məbləğ bank kartlarına köçürüləcək:
Artıq nazirlik tərəfindən banklara həmin vətəndaşlar üçün hesabların açılmasına dair sifariş olunub. Bu, vətəndaşlardan ödəniş tələb olunmadan həyata keçiriləcək. Banklar vətəndaşlar üçün bank hesabları açıb kartı əldə etdikdən sonra hər bir vətəndaşa məlumat göndərəcək və onları müvafiq bank filialına dəvət edəcək. Vətəndaş bank kartını götürəcək və o karta ikinci ayın ödənişi ediləcək”.






Fikirlər