Neft 33 dollardan satılır
Dünya birjalarında neft qiymətləri bahalaşmaqda davam edir. “Qafqazinfo” xəbər verir ki, London birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 3,32 % (1,20 dollar) bahalaşaraq 33,58 dollardan satılır. ABŞ-ın “West Texas Intermediate” (WTI) markalı neftinin bir barrelinin qiyməti isə 4,52 % ( 1,60 dollar ) artaraq 30,76 dollar səviyyəsində qərarlaşıb.