Pandemiyadan zərər çəkmiş sahələrə 533 257 000 manat vəsait ayrılıb.
Bunu iqtisadçı alim Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin açıqlamasına görə, 19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 mln. 257 min manat ayrılaraq maliyyələşməsi təmin olunub.
Maliyyə Nazirliyinin açıqlamasına görə, "19 may 2020-ci il tarixinə 2020-ci il dövlət büdcəsinin xərclərində koronoavirus pandemiyası ilə bağlı nəzərdə tutulmuş vəsaitdən müxtəlif sahələri əhatə etməklə, 533 mln. 257 min manat ayrılaraq maliyyələşməsi təmin olunub. Bu vəsaitin 159 mln. 757 min manatı (muzdlu işçilərin əməkhaqlarının ödənilməsi üçün 69 mln. 119 min manat, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üçün 55 mln. 637 min manat, Sahibkarlığın İnkişafı Fonduna sahibkarlıq subyektlərinə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və kredit faizlərinin subsidiyalaşdırılması məqsədilə 35 mln. manat) İqtisadiyyat Nazirliyinin, 244 mln. manatı (600 min şəxsə iki ay ərzində, hər ay 190 manat birdəfəlik ödəmənin verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 229 mln. manat, işsizlərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə 15 mln. manat) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişləri əsasında ayrılıb.
Bundan başqa Dövlət dəstəyi tədbirləri çərçivəsində "Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) 86 mln. 900 min manat, "Bakı Metropoliteni” QSC-yə 2 mln. 600 min manat ilkin maliyyə dəstəyi göstərilib”.
Qubad İbadoğlu qeyd edib ki, tədbirlər planında nəzərdə tutulduğu kimi, "İpoteka və Kredit Zəmanət Fonduna güzəştli ipoteka kreditlərinin verilməsi məqsədilə 40 mln. manat vəsait köçürülüb.
Beləliklə də, dövlət büdcəsindən pandemiyadan dəyən zərərlərin qarşılanması üçün bütün tədbirlər üzrə 533 milyon 257 min manat maliyyə dəstəyi göstərilib”./ Qaynarinfo