Bakının bir neçə mərkəzi küçəsi bağlandı – FOTO
Mikayıl Müşfiq küçəsinin Nəriman Nərimanov prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti hər iki istiqamətdə tam məhdudlaşdırılıb. Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Sürücülərə alternativ olaraq İnşaatçılar prospektindən istifadə etmələri tövsiyə olunur. Təmir işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.