“Binə” və “Sədərək” bazarı açılmalıdır! - Deputatdan ÇAĞIRIŞ

Sədərək”, “Binə” ticarət mərkəzlərinin açılmasına çox böyük ehtiyac var.

 Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.

 V.Əhmədov deyib ki, iqtisadiyyatı canlandırmaq üçün iri ticarət mərkəzləri açılmalıdır:

“Bunlar elə mərkəzlərdir ki, həm baza kimi fəaliyyət göstərirlər, həm də alış-veriş mərkəzi kimi. Sahibkarlar pərakəndə şəkildə satdıqları malları “Binə”dən, “Sədərk”dən alırlar. Hazırda onlayn şəkildə satış həyata keçirilsə də, bu, əvvəlki effekti vermir.

Mən hesab edirəm ki, bütün profilaktik tədbirlər nəzərə alınmaqla, sanitar-gigiyenik qaydalara ciddi nəzarət edilməklə, ticarət mərkəzlərinin fəaliyyətinə icazə vermək lazımdır. İqtisadiyyatımız üçün bu lazımdır”.

 Parlament üzvü deyib ki, ticarət mərkəzləri ciddi qaydalar tətbiq edilməklə açılmalıdır:

“Qaydalar sərtləşdirilsin, maska taxılması, sosial məsafə gözlənilməsi qaydalarına ciddi riayət edilməklə bazarların fəaliyyətinə icazə verilsin.

Həm rəhbərlik, həm də səlahiyyətli qurumlar tərəfindən ciddi nəzarət tədbiləri görülməklə “Binə” və  “Sədərək” açılmalıdır. Bazarların uzun müddət bağlı qalması iqtisadiyyat üçün yaxşı hal deyil. Onsuz da digər bazarlar açılıb”.

 Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar bu il martın 24-ü saat 00-dan etibarən Sədərək və Binə Ticarət Mərkəzləri fəaliyyəti dayandırılıb.






Fikirlər