“İqtisadi gücümüz müharibəni sona qədər dəstəkləmək iqtidarındadır”

Artıq 9-cu gündür ki, Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları davam edir.

 

Maraqlıdır, hərbi əməliyyatlar ölkə iqtisadiyyatına nə vəd edir? Azərbaycanın iqtisadi gücü ağır hərbi əməliyyatları sona qədər dəstəkləməyə qadirdimi?

 

Moderator.az-a açıqlama verən millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov, Azərbaycan iqtisadiyyatının kifayət qədər güclü olduğunu və hətta uzunmüddətli müharibəyə belə davam gətirmək imkanında olduğunu vurğuladı:

 

“Ölkəmizin iqtisadi gücü və imkanları hər kəsə bəllidir. İşğalçı Ermənistandan fərqli olaraq, Azərbaycanın iqtisadi gücü ona qələbəyə qədər müharibə aparmağa imkan verir. Ölkə iqtisadiyyatı hətta uzunmüddətli müharibə şəraitində belə müharibəni iqtisadi baxımdan dəstəkləməyə qadirdir. Bu baxımdan, hərbi əməliyyatların müddətindən asılı olmayaraq, iqtisadiyyatımızın bu əməliyyatların ağırlığına davam gətirəcəyi şübhəsizdir.

 

Ermənistanın iqtisadi durumu isə göz önündədir. Əminliklə demək olar ki, hərbi əməliyyatlar onsuz da ağır vəziyyətdə olan Ermənistan iqtisadiyyatına daha ciddi və uzunmüddətli problemlər yaradacaq”.






Fikirlər