Fermerlərə XƏBƏRDARLIQ: Mayın 31-də başa çatacaq...

Fermerlərə XƏBƏRDARLIQ: Mayın 31-də başa çatacaq

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib.

Nazirlikdən verilən məlumata əsasən, müraciətdə yazlıq və çoxillik əkinlər üçün subsidiya almaq istəyən fermerlərə əkin bəyanlarının qəbulu prosesinin mayın 31-də başa çatacağı ilə bağlı xəbərdarlıq edilir.

Əkin bəyanları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (eagro.az) hər bir fermer üçün açılmış şəxsi kabinetlərdən təqdim edilir.

 

Əkin bəyanlarını vaxtında təqdim etməyən fermerlər subsidiya ödənişlərindən kənarda qalacaqlar. Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur.






Fikirlər