QEYRİ-ƏHALİ QRUPU ÜZRƏ BU SAHƏLƏRDƏ ELEKTRİK ENERJİSİ TARİFLƏRİ DƏYİŞİB - Qərar
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"na uyğun olaraq Tarif Şurası qərar verib. Tarif Şurasından "APA-Economics"ə verilən məlumata görə, "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində "və məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri" sözləri çıxarılsın və cədvəl bölməsinə aşağıdakı məzmunda 2.2-ci sətir əlavə edilsin: 2. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 2017-ci il 19 dekabr tarixli 10 nömrəli Qərarı ləğv edilsin. 3. Bu qərar 2021-ci il 1 iyul tarixindən qüvvəyə minir. Qeyd edək ki, bu qərarın əhali qrupuna aidiyyəti yoxdur.
2.2.
Enerji təchizatı birbaşa 35 və
110 kV-luq xətlərlə həyata keçirilən,
gün ərzində yük tələbatı stabil olan,
istehsal məqsədləri üçün orta aylıq
enerji istehlakı 5 milyon kVt-saatdan
az olmayan məlumatların emalı,
qeydə alınması və ötürülməsi
üzrə fəaliyyət göstərən məlumat mərkəzləri
2.2.1
Gündüz vaxtı
(saat 08:00-dan 22:00-dək)7,3 qəpik
(əvvəlki qiymət 5,8 qəpik)
2.2.2
Gecə vaxtı
(saat 22:00-dan 08:00-dək)3,5 qəpik
(əvvəlki qiymət 2,8 qəpik)