Azərbaycanda maaşlar və pensiyalar nə qədər artacaq? - AÇIQLAMA + VİDEO
"Həmişə illik infilyasiya tempi nəzərə alınır. İnfilyasiyanın vətəndaşların ailə büdcəsinə təsir etməməsi üçün tədbirlər həyata keçirilir". Yenisabah.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov ARB24-ə açıqlamasında bildirib. O əlavə edib ki, sosial tədbirlər ən azı 2 milyona yaxın vətəndaşı əhatə edəcək: "Həm əməkhaqları, həm pensiya və digər sosial ödənişlərdə önəmli şəkildə artım olacaq".