Yeni dövlət rüsumları müəyyənləşir ...

Yeni dövlət rüsumları müəyyənləşir

Yeni dövlət rüsumları müəyyənləşir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin noyabrın 1-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Su Məcəlləsində, Gömrük Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, "Yerin təki haqqında", "Balıqçılıq haqqında", "Heyvanlar aləmi haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", "Ovçuluq haqqında", "Daşınmaz əmlakın dövlət reyestri haqqında", "Baytarlıq haqqında", "Dərman vasitələri haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Mədəniyyət haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" və "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsinə, səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə, tikinti obyektinin istismarına icazənin verilməsinə, dağ-mədən ayırması statusunun və geoloji ayırma statusunun verilməsinə, balıqovlama və ovçuluq biletlərinin verilməsinə, dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert rəyinin verilməsinə, dərman vasitələrinin yenidən dövlət qeydiyyatı və onların qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatına, idman mərc oyunlarının həyata keçirilməsi məqsədilə hüquqi şəxsin akkreditasiyası haqqında qərarın verilməsinə, mədəni sərvətlərin ixracına mədəni sərvətin mühafizə şəhadətnaməsinin verilməsinə, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi barədə sertifikatın verilməsinə, baytarlıq arayışının verilməsinə görə dövlət rüsumu tutulacaq. /APA






Fikirlər