Azərbaycanda devalvasiya təhlükəsi varmı?
2015-ci ildə ölkəmizdə baş verən devalvasiyadan sonra müxtəlif dövrlərdə həm qiymət artımı, həm də müəyyən inflyasiyanın baş verməsi əhalidə manatın məzənnəsinin dəyişəcəyi ilə bağlı narahatlıq doğurur. Həmin dövrdəki devalvasiyalar nəticəsində banklar, sığorta şirkətləri ziyan gördü, eyni zamanda dollarla götürülən kreditlərin ödənilməsində problemlər yarandı. 2015-ci il fevralın 21-də həyata keçirilən ilk devalvasiyada dolların məzənnəsi 34,6 faiz artaraq 0,78 manat səviyyəsindən 1,0500 AZN, həmin ilin dekabrın 21-də isə daha 48 faiz artaraq 1,5500 AZN-ə çatdı. Növbəti dövrdə isə dolların məzənnəsində artım tempi davam edərək göstərici 12 faiz təşkil etdi. Bir il ərzində baş verən iki devalvasiyanın əsas səbəbi isə əmtəə bazarında neftin kəskin ucuzlaşması idi. Dörd ildən çoxdur manatın məzənnəsi sabit olsa da, hazırda dünyadakı geosiyasi, geoiqtisadi vəziyyət fonunda milli valyutanın məzənnəsi ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. Devalvasiyaya səbəb olan əsas amil neftin dünya bazarındakı qiyməti hesab olunsa da, hazırda neftin qiyməti ilə bağlı vəziyyət gözləniləndən də yaxşıdır. Məlumat üçün bildirək ki, 2022-ci ilin dövlət büdcəsində neftin qiyməti 50 ABŞ dolları nəzərdə tutulsa da, mövcud qiymətdə 2 dəfədən çox artım müşahidə olunmaqdadır. Bununla yanaşı, dünya bazarında ərzaq məhsullarının qiymətinin artması məhsulların ölkəyə gətirilməsi zamanı inflyasiyanın da artmasına şərait yaradır. Ölkədə qiymət artımı milli valyutanın sabit qalıb-qalmayacağı ilə bağlı suallar ortaya çıxarır. İqtisadçılar isə hesab edirlər ki, qlobal miqyasda baş verən proseslərdən yayınmaq o qədər də asan deyil. Qlobal səviyyədə qiymət artımı Azərbaycana da təsir edir Deputatın sözlərinə görə, qlobal bazarda baş verən mənfi tendensiyaların təsirlərinə baxmayaraq, ölkədə iqtisadi inkişaf göstəriciləri nikbin düşünməyə əsas verir. 2022-ci ilin birinci rübündə də ölkəmizin sosial-iqtisadi inkişafı davam edib, iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və digər sahələrdə əhəmiyyətli irəliləyişlərə nail olunub, əhalinin rifahının daha da yüksəldilməsi təmin edilib. Ötən 3 ay ərzində ümumi daxili məhsul 6,8 faiz, iqtisadiyyatın qeyri-neft sektoru 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən 4 faiz, qeyri-neft sənaye istehsalında isə 18 faizdən çoxdur. Aydın Hüseynov qeyd edib ki, hazırda qlobal səviyyədə ərzaq və digər malların qiymətləri artır və bu proseslər dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycana da təsir edir: "Qiymət artımları bütün ölkələrdə baş verir. Bu günlərdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hesabatını açıqladı və məlum oldu ki, ərzaq qiymətləri indeksi 2022-ci ilin mart ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,6 faiz artıb və qiymət indeksi 1990-cı ildə yarandığı gündən bəri yeni tarixi rekorda imza atıb. Son artım bitki yağları, taxıl və ət alt indekslərindəki bütün zamanların ən yüksək göstəricilərini əks etdirir. Şəkər və süd məhsulları da əhəmiyyətli dərəcədə bahalaşıb. Taxılın qiymətləri 70 faiz artıb ki, bu da 1990-cı ildən bəri rekord göstəricidir". Deputat vurğulayıb ki, bütün bunlara Ukrayna və Rusiya arasındakı gərginlik daha çox təsir edir. Bu ölkələrin bazara ixracı kəsməsi nəticəsində qiymətlər də yüksəlir. Qara dəniz regionundan gözlənilən ixrac itkisi vəziyyəti daha da pisləşdirib. Bitki yağı mart ayında aylıq müqayisədə 23,2 faiz artaraq 248,6 bəndlə yeni rekorda imza atıb. İndeksin kəskin yüksəlməsinə günəbaxan, palma, soya və kolza yağının qiymətlərindəki artım səbəb olub. Günəbaxan yağının beynəlxalq qiymətləri Qara dəniz regionunda davam edən münaqişə ilə ixrac tədarükünün azalması səbəbindən əhəmiyyətli dərəcədə artıb. Bundan başqa, süd, ət, şəkər qiyməti indeksi də yüksəlib. Azərbaycan həmin malların bir qismini idxal edir, həmçinin yerli istehsalda istifadə edilən xammallar xaricdən gətirilir. Bütün bunlar qiymət artımlarına səbəb olur. Bu amillər manata xarici təsirləri tamamilə neytrallaşdırır, çünki valyuta bazarında dayanıqlı sabitliyin digər mühüm göstəricisi xarici amillər, idxal faktoru, tədiyə balansının cari vəziyyətidir. 2022-ci ilin birinci rübündə ölkəmizin tədiyə balansı əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ötən 3 ayda Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi təxminən 11 milyard dollar olub, onun 8 milyard dolları ixracın, 3 milyard dolları isə idxalın payına düşüb. Ticarət saldosu 5 milyard dolları ötüb, yəni xarici valyuta ilə daha çox mal satmağımızın göstəricisi olan idxal-ixrac saldosu da manata təzyiqlərin, ümumiyyətlə, minumim səviyyədə olduğunu təsdiqləyir. "Neftin qiyməti yüksək olan dövrdə valyuta gəlirlərimiz artır, bu da manata kifayət qədər müsbət təsir göstərir. Eyni zamanda dünya bazarında qiymət artımı da müşahidə olunur. Azərbaycan da xaricdən idxal etdiyi mallara görə daha çox vəsait ödəməli olur. Hər bir halda bu vəsait neftin qiymətinin artması ilə müqayisə olunmur. Bu baxımdan hazırda manat üçün təhlükə yoxdur". Əkrəm Həsənov qeyd edib ki, inflyasiyanın qalxması hansısa resursdan asılı olmayan ölkələrdə birmənalı olaraq milli valyutaya ciddi təsir edir. Məsələn, Türkiyədə bir neçə ay əvvəl bu təsiri gördük. Azərbaycanın nefti olduğundan yetərli valyuta gəliri var. Buna görə də, Azərbaycanda inflyasiyanın qalxması manatın məzənnəsinə ciddi təsir etmir. Müəyyən qədər təsir etsə də, neftin qiymətinin yüksək olması, eyni zamanda topladığımız valyuta ehtiyatları bu məsələni həll edir. İqtisadçı deyib ki, Rusiya - Ukrayna münaqişəsi fonunda dünyada ikitərəfli proses gedir: "Bir tərəfdən, inflyasiya, ərzaq qiymətinin qalxması manata mənfi təsir göstərməli olsa da, digər tərəfdən, neftin qiymətinin ərzağın qiymətindən daha çox artması milli valyuta üçün təhlükə yaratmır". “Azərbaycan” qəzeti
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, Azərbaycan iqtisadiyyatı kifayət qədər sabit və dinamikdir.
Ticarət dövriyyəsindəki müsbət saldo manata xarici təsirləri neytrallaşdırır
Qonşu ölkələrdə və xarici dövlətlərin maliyyə sektorlarında baş verənlərin manata mümkün təsirlərinin ola biləcəyinə gəlincə, Aydın Hüseynov bildirib ki, Azərbaycanın tədiyə balansında stabillik formalaşıb, məqsədyönlü və səmərəli ixrac siyasətinin yürüdülməsi ticarət dövriyyəsində 4 milyard dollar səviyyəsində müsbət saldonun əldə olunmasına səbəb olub.
Valyuta gəlirlərimizin artması manata müsbət təsir göstərir
İqtisadçı ekspert Əkrəm Həsənov isə bildirib ki, Azərbaycanda məzənnəyə təsir edən yeganə həlledici amil dünya bazarında neftin qiymətidir. Onun fikrincə, neftin qiyməti də hazırda yüksəkdir, hətta yaxın illərdə qiymətin kəskin düşməsinin ehtimalı yoxdur. Bu da dünyadakı geosiyasi vəziyyət, Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır: