Dövlət büdcəsinin xərcləri 11,6 faiz artıb ...

Birinci yarım ildə dövlət büdcəsinin xərcləri 11,6 faiz artaraq 12 milyard 936,6 milyon manat olub ki, bu, dövr üçün müəyyənləşdirilmiş proqnozun 100,6 faizini, yenidən baxılmış göstəricinin 40 faizini təşkil edir.

Bu, Hesablama Palatasının “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Dövlət büdcəsinin son illər üzrə icra vəziyyəti (96 faiz), eləcə də yenidən baxılma zamanı edilmiş əlavə artımlar (2,4 milyard manat) diqqətə alınaraq il sonunda xərclərin icra faizinin əvvəlki illər üzrə qeydə alınmış icra səviyyəsinin ətrafında olacağı qənaətinə gəlinir.

Hesabat dövründə xərclərin funksional sahələr üzrə strukturunda sosial sahəyə yönəldilmiş xərclər üstünlük təşkil etsə də, real sektora yönəldilmiş xərclər üzrə artım daha yüksək olub.

Dövlət büdcəsi xərclərinin funksional sahələr üzrə strukturunun təhlili baxılan dövrdə də sosial sahənin üstünlük təşkil etdiyini, 2 sahə istisna olmaqla, digər sahələr üzrə artımın müşahidə edildiyini, mütləq və nisbi ifadədə ən böyük artımın real sektorun (41 faiz) payına düşdüyünü göstərir.

Real sektor üzrə xərclərin artımı əsasən tikinti və şəhərsalma üzrə xərclərin artımı ilə əlaqədar olub.






Fikirlər