“Türkiyə şirkətlərinə minnətdarıq” - PREZİDENT

“Türkiyə şirkətlərinə minnətdarıq”

“Qısa müddət ərzində böyük işlər gördüyünə görə Türkiyə şirkətlərinə minnətdarıq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Cəbrayıl şəhərində mətbuata bəyanatında deyib.

Dövlət başçısı yolların bir hissəsinin artıq hazır olduğunu deyib: “Dəmir yolları, eyni zamanda, 33 tunelin inşası nəzərdə tutulub. Onların bir neçəsində fəal iş gedir. Tunellərin ümumu uzunluğu 50 kilometrdən çoxdur, 84 körpü inşa ediləcək, onların bir qismi inşa olunub. Körpülərin uzunluğu 12 kilometrdir. Bu, ancaq birinci mərhələdə görüləcək və görülən işlərdir. Qarabağı və Şərqi Zəngəzuru tam bərpa etmək üçün daha böyük işlər görüləcək və biz bunu edəcəyik”.

“İnşaat işlərində, yol çəkilişində Türkiyə şirkətləri bizimlə bərabər çalışır”, - deyə Prezident bildirib.






Fikirlər