“NAR” yeni reklam çarxını təqdim etdi - VİDEO

“Nar” yeni reklam çarxını təqdim etdi

 

“Nar” fərqli auditoriyalara xitab edən yeni kampaniyaya start verib.

Şirkətdən "AzerTaym.az"-a verilən məlumata görə, müştəri yönümlü layihələri ilə seçilən “Nar”ın “Səni fərqləndirən seçimlər” adlanan kampaniyası istifadəçilərə seçim imkanı verən məhsulları təqdim edir.

Çevir təklifi və CavanNar tarifi kimi hər zaman aktual olan məhsullarla yanaşı, yeni təqdim edilən müasir eSIM xidməti və öyrədici tətbiqlərə endirimli abunəlik təklifi də kampaniyanın reklam çarxında yer alıb.

Müxtəlif auditoriyaların tələblərinə cavab verən bu təkliflər, həm də seçim rahatlığını abunəçilərə təqdim edir. Ümumilikdə, “Nar”ın müştəri yönümlü həllər təklif edərək abunəçilərə seçim imkanları təqdim etməsi müsbət tendensiyadır.

 






Fikirlər