Mal ətinin bahalaşmasının səbəbi nədir?

Azərbaycanda mal ətinin bahalaşmasının səbəbləri məlum olub.
Beyləqan ət bazarından Qaynarinfo-ya verilən məlumata görə, buna səbəb ot və yemin qiymətinin qəfil bahalaşması olub:
"Mal ətinin bir kilosu 14 manata satılır, topdansatış qiyməti 12 manat 50 qəpikdir. Quzu ətinin bir kilosu 18 manata, qoyun əti isə 10-11 manat olub. Quzu ətinin topdansatış qiyməti 15 manat 50 qəpik, qoyun əti isə 9 manata başa gəlir. Hündüşka ətinin bir kilosunun qiyməti 16-18 manata satılır. Örüş sahələri həddindən artıq azalıb. Demək olar ki, bütün yerlər zəbt olunub. Məmurlar suvarma kanallarını öz sahələrinə tərəf yönləndirirlər”.
Satıcılar deyir ki, kəndçilər qapısında saxladığı heyvanları belə suvarmağa yer tapmır:
"Taxılın, arpanın qiyməti qalxıb. Heyvanlar da ot yeyir, daş yemir ki. "Pres"in biri 5-6 manata satılır. Belə olan halda mal ətinin bir kilosunun qiyməti 18 manat olacaq”.

 






Fikirlər