Bakıda söküntü işləri başlayır - Qəzalı evlər yeni mənzillərlə əvəzlənəcək - VİDEO
Paytaxtın Yasamal rayonunda istismar müddəti bitmiş fərdi yaşayış evləri söküləcək. Alatava qəsəbəsi söküləcək, razılıq əldə olunub - İCRA BAŞÇISI AÇIQLADI FED.az xəbər verir ki, söküntü işləri 1-ci Alatava sahəsində həyata keçiriləcək. Həmin ərazidə yeni məhəllə salınacaq. İlkin layihədə 13-14 və 16 mərtəbli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Sakinlərin sözlərinə görə, Yasamal rayonunda yerləşən əraziyə baxış keçirildikdən sonra onlara söküntü işlərinin aparılacağı bildirilib. Uzun illərdir burada yaşayan sakinlər deyirlər ki, bu məsələdə əvvəlcə qarşılıqlı razılıq əldə olunmalıdır. Yasamal Rayon İcra Hakimiyyətinin memarı Eyvaz Bağırov bildirib ki, 1-ci Alatava adlanan yaşayış sahəsində fərdi evlərin əksəriyyətinin istismar müddəti bitib. Komunikasiya və nəqliyyat problemləri ərazidə xaotik vəziyyətin yaranmasına səbəb olub. Buna görə də ərazidə söküntü işlərinin aparılmasına qərar verilib. Artıq sözügedən ərazi ilə bağlı ilkin layihə hazırlanır. Eyvaz Bağırov əlavə edib ki, aidiyyəti qurumdan razılıq alındıqdan sonra ərazidə söküntü işləri aparacaq şirkət sakinlərlə danışıqlara başlayacaq.(Xezerxeber.az)