“Koç Holdinq“in Azərbaycanda lisenziyası ləğv edildi...

“Koç Holdinq“in Azərbaycanda lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankı 8 fiziki şəxs və bir hüquqi şəxsin sığorta lisenziyasını ləğv edib. 

Bu barədə Yenisabah.az-a AMB-dən məlumat verilib. 

Bildirilib ki, bununla bağlı qərar “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciətlər əsasında verilib. Lisenziyası ləğv edilən şirkət Azərbaycanda avtomobil kirayəsi ilə məşğul olan “Otokoç Azərbaycan” MMC-dir. 

Qeyd edək ki, 1997-ci ildən Azərbaycanda fəaliyyət göstərən şirkət Türkiyənin iri holdinqlərindən biri Koç Holdinqin törəmə şirkəti Otokoç Avis-ə məxsusdur. 






Fikirlər