Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində QARANLIQ İŞLƏR... - İTTİHAM VAR...

Neçə vaxtdır deyirlər ki, guya, gömrükdə işlər qaydasına düşür. Amma şahidi olduqlarımız bunu demir, açıq-aşkar görürsən ki, narazı yük sahiblərinin sayı getdikcə daha da artır. Gömrük məntəqələrinin hamısı vətəndaş narazılıqlarının əsas ünvanları kimi xarakterizə olunur.

Deyilənlərin təsdiqi olaraq, elə, “Meyvəli” Gömrük Terminalı kimi tanıdığımız Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində yük sahiblərinin başlarına gətirilənləri izləmək kifayətdir. Bu barədə gündən-günə artan şikayətləri eşidənsə tapılmır ki, tapılmır. Bunu biz yox, xaricdən mal gətirən iş adamları kimi, adi vətəndaşlar da deyirlər…

…Onsuz da, Azərbaycana gətirilən bütün avtomobillərin və maşın ehtiyat hissələrinin gömrük rəsmiləşməsini həyata keçirən Lökbatan ərazisindəki bu gömrük terminalının adı heç vaxt yaxşı yöndən çəkilməyib. Xatırlayırsınızsa, hələ 2022-ci ilin əvvəlində burada həbslər də həyata keçirildi. Həmin vaxt Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini tutan Səfər Mehdiyevin yaxın qohumu — bacısı oğlu, Komitədəki Audit Baş İdarəsinin rəis müavini vəzifəsində işləyən Asiman Cəfərovla şərikli biznes quran gömrük polkovnik-leytenantı Davud Cəfərov və daha 3 nəfər şəxs DGK-nın Əməliyyat İdarəsi əməkdaşları tərəfindən külli miqdarda rüşvət alarkən tutuldular.

Onda, “Meyvəli”-yə bir müddət öncə rəis təyin olunan Səfər Mehdiyevin bacısı yoldaşının qohumunun özü də, idarə əməkdaşlarının apardığı operativ tədbirlər nəticəsində, bu gömrük postunda xadimə işləyən qadından külli miqdarda pul vəsaiti götürdüyünə görə saxlanıldı. Qadın ilkin dindirmə zamanı, bundan əvvəl də, rüşvət kimi ona verilən pulların hamısını Davud Cəfərova verdiyini bildirdi. Həmin məlumatda onların birbaşa post rəisinin tapşırığı ilə hərəkət etdikləri deyilirdi.






Fikirlər