Şəhid anası yenidən məktəb direktoru oldu...
Masallı rayon Çaxırlı kənd tam orta məktəbinin direktor vəzifəsinin icrası şəhid anası Mehriban Sultanovaya tapşırılıb. AzerTaym.az bildirir ki, bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib. Məlumat üçün bildirək ki, M.Sultanova 2023-cü ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı. Qeyd edək ki, Mehriban Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. N.Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.