Dünya BANKI Azərbaycana 140 milyon dollar ayıracaq
Dünya Bankı (DB) Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 2016-cı il iyunun sonunadək Azərbaycana 140 milyon dollar həcmində əlavə maliyyə vəsaitinin ayrılması barədə qərar qəbul edəcək.
Bunu bankın Bakı nümayəndəliyindən deyiblər.
Nümayəndəlikdən qeyd ediblər ki, Azərbaycan hökuməti Bakı-Şamaxı avtomobil yolunun 4 zolağadək genişləndirilməsi üçün DB-dən əlavə maliyyə almaq üçün rəsmi sorğu ilə müraciət edib.
Qərar cari maliyyə ilinin sonunadək (DB-nin maliyyə ili iyunun 30-da başa çatır - red.) qəbul ediləcək.