RUSİYA və Səudiyyə Ərəbistanı üçün iflas təhlükəsi – “İLK ÇAT Azərbaycanda yarandı”

 

147

Növbəti böyük maliyyə böhranı necə olacaq? Bu hadisə son iki il ərzində texnologiya şirkətlərinin şişirdilmiş səhm şarının partladılmasımı hesabına baş verəcək? Bəlkə, bu fond bazarlarının total şəkildə çökməsi nəticəsində baş verəcək? Bütün bunların hamısı mümkündür. Amma daha böyük ehtimalla, bizi neftin və digər xammal məhsullarının qiymətinin düşməsi nəticəsində dövlətin özünün iflasa uğraması gözləyir. (“Market Watch”–ABŞ)

Beynəlxalq Valyuta Fondu (BVF) neftin qiymətinin düşməsinə görə ziyan çəkən Azərbaycana yardım olunmasını müzakirə edir. Venesuela maliyyə problemi səbəbindən növbəti dəfə çökmək üzrədir. Böyük ehtimalla Ekvador da bu yolu izləyir. Həmçinin Rusiya və Səudiyyə Ərəbistanı kimi nüfuzlu ölkələr də təhlükə altındadırlar. Əgər neftin qiyməti aşağı səviyyədə qalarsa, onda bu ölkələrdən heç biri maliyyə öhdəliklərini yerinə yetirə bilməyəcək.

Biz yenidən geniş miqyaslı suveren borc böhranı ilə qarşılaşa bilərik. Ancaq bu dəfə avro zonasının periferiya ölkələri deyil, xammal ixrac edən ölkələr iflasa uğrayacaqlar. Avro zonasında böhran baş verərsə, bank sistemi sürətlə boşalmış hala düşəcək və ona görə də, bir sıra ciddi maliyyə yardımına ehtiyac duyulacaq.

Başlıca sual isə ondan ibarətdir ki, görəsən haqqında söhbət salınan dövlətlərdə islahatlar olacaqmı? Çünki artıq xammal ixracı üzərində iqtisadiyyat qura bilməyən ölkələrə yardım göstərməyin mənası yoxdur.

Neftin və digər xammal məhsullarının qiymətinin düşməsi, inkişaf etmiş ölkələr də daxil olmaqla, dünyanın böyük bir hissəsi üçün iqtisadiyyatın böyüməsinə stimul verdi. Lakin neft ixracatçıları üçün, bu bir fəlakətdir.

İlk çat, keçmiş sovet respublikaları içərisində ən böyük neft ixracatçısı olan Azərbaycanda meydana gəlib. Bakı BVF ilə təcili yardım alınması ilə bağlı danışıqlar aparır, beləki, neftin bir barelinin qiyməti 100 dollardan artıq olan zaman yığılan ehtiyat əriyir. Azərbaycan ehtiyatının 60%-ni itirib (yəqin ki, Mərkəzi Bankın ehtiyatları nəzərdə tutulur-V.N) və BVF-dən dörd milyard həcmində yardım istəyir.

Oilfields in Baku

Təkcə Azərbaycan ağır günlər keçirmir. Zəngin neft yataqlarına baxmayaraq, iqtisadiyyatı dəhşətli vəziyyətdə olan Venesuela daha böyük problemlərlə qarşılaşıb. Ekvadordakı vəziyyət də yaxşı görünmür.

Sonra Nigeriya gəlir. Nigeriya, ucuz neft qiymətinə görə tükənən nağd ehtiyyatını saxlamaqan ötrü, artıq Dünya Bankından və Afrika İnkişaf Bankından 3,5 milyard istəyib.

Bəs, iqtisadiyyatları neft hesabına hərəkətdə olan Səudiyyə Ərəbistanı və Rusiya kimi böyük ölkələrdə işlər necədir? Səudiyyə maliyyə sistemi heç zaman şəffaflığı ilə seçilməyib. Belə hesab edilir ki, dünyada ən ucuz maya dəyərli neft bu ölkədə hasil olunur.Amma buna baxmayaraq, Səudiyyə Krallığının məsrəfləri çoxdur və onların digər gəlir mənbələri yoxdur. Hətta xərclərin azaldılmasına baxmayaraq, rəsmi qaynaqların məlumatına görə, Səudiyyə Ərəbistanın büdcə kəsri 100 milyard dollar həcmindədir. Burada söhbət Ümumi Daxili Məhsulun 15%-indən gedir. Belə bir fonda Yunanıstan daha yaxşı rifaha malik ölkə təsiri bağışlayır. İqtisadiyyatını ayaq üstə saxlamaq üçün səudiyyəlilərin xeyli vəsaitləri var, lakin hər il qazandığının 15 %-indən artığını sərf etməklə, onlar bütün ehtiyatları yandırıb külə döndərərlər.

Rusiyanın büdcə kəsri elədə böyük deyil. Maliyyə nazirliyi güman edir ki, büdcə kəsiri 2016-cı ildə 20 miyard dollar, yəni ÜDM-nin 3%-ni təşkil edəcək. Amma bu hesablama neftin bir barelinin qiymətinin 40 dollar olacağı halında aparılmışdı. Rusiya iqtisadiyyatı ciddi tənəzzül yaşayır və son məlumata əsasən, illik hesabla 3,7% geriləyib. Rubl isə üzən məzənnə ilə birlikdə aşağıya doğru yuvarlanır.

Vladimir Putinin hərbi avantüraları naminə, iqtisadiyyatın diversifikasiya edilməsi rüsvayçı məğlubiyyətlə üzləşərək, enerji bazarları mərhəmətinin ümidinə buraxıldı. Putinin neft və qazın nəqlinə nəzarət etmək yoluyla Qərbi Avropanı şantaj edəcəyi haqqında, artıq biz lap çox eşitmişik. Amma ruslar belə şeylərdən yaxşı heç nə əldə edə bilməyiblər.

Əgər neft ixrac edən ölkələr yoxsullaşsalar, onda hər şey yenidən təkrarlanacaq. Milli neft şirkətlərinə verilmiş kreditlər və tikinti layihələrinin hökumət zəmanətləri mövcuddur. Bütün bunların hamısı çox tezliklə dağıla bilər. Avropa bank indeksinin ilin əvvəlindən 30 % itirməsinin səbəblərdən biri, neftin qiymətinin düşməsi nəticəsində gələcəkdə bank sektorunun ziyan çəkəcəyinin tədricən anlaşılması ilə bağlıdır.

Bu həftə “Deutshe Bank” sərmayəçiləri sakitlədirməyə cəhd göstərərək, bəyan edib ki, onlar qaya kimi möhkəmdirlər. Amma təəccüblü deyil ki, bu sözlər sərmayəçiləri qətiyyən sakitləşdirməyib.

BVF və Dünya Bankı kimi dünya resursları əvvəlki böhran səbəbindən tükəniblər. Ölkələrə göstəriləcək daha bir yardım raundu isə nəhəng məbləğlər hesabına başa gələ bilər. Lakin gərək pul tapıla. Əsas isə ölkələrdən islahatların tələb edilməsidir. 2016-cı ildə heç bir ölkənın iqtisadiyyatı təkcə enrji resurslarından asılı olmamalıdır. Əgər kimlərsə bu resurlarsız yaşaya bilmirsə, onda mütləq yeni gəlir mənbələri tapmalıdır






Fikirlər