“...Büdcəmiz daha da çökəcək” - Fazil Mustafa + Polemika

““...Büdcəmiz daha da çökəcək” - Fazil Mustafa + Polemika“Milli Məclisə Nazirlər Kabinetinin tam heyətdə gəlməsinin mənası yoxdur. Odur ki, mən gözləyirdim ki, devalvasiydan sonra nazirlər xalqın qarşısına keçib hər gün hesabat versin”. 

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa parlamentdə büdcəyə dəyişikliklərlə bağlı müzakirələr zamanı səsləndirib. Onun sözlərinə görə, nazirlərin onlar qarşısında hesabat vermələrinə ehtiyac yoxdur: “Biz onsuz da bütün gün insanlar qarşısında danışırıq. Ölkə prezidenti yığmayınca hökumət bir yerə yığışmır, iclas keçirmir. Onlar hesabat verməlidir ki, işsizliyin aradan qaldırılması üçün nə ediblər, hansı iş yerləri açılıb və.s

Bundan əlavə, bizim iqtisadi sistemimizi çox vaxt tərifləyirdilər, amma devalvasiya göstərdi ki, sistemimiz çox primitivdir. Yalançı statistikadan qurtarmaq lazımdır. Nə qədər ki, bununla məşğul olacağıq, büdcəmiz daha da çökəcək. Tutaq ki, minumum orta aylıq əmək haqqı 200 manatdır, o zaman əhalinin istehklak səbəti də 200 manat olmalıdır. Mən qara ikradan danışmıram, onsuz da millət kürü yemir”.

Birinci vitse-spiker Ziyafət Əsgərov Fazil Mustafanın Azərbaycanın iqtisadi sisteminin primitiv olması ilə bağlı səsləndirdiyi fikirlərlə heç cür razılaşmadığını deyib və onları əsassız hesab edib.

***

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, regionda olan aeroportlar özəlləşdirilməlidir: “Azalla yanaşı, əlavə aviaşirkətlər da yaradılmalıdır. Mən o vaxt Lənkəranda aeroport açılanda dedim ki, ondansa orada velosiped zavodu tikilsin. Zaqatalada da həmçinin aeroport açılanda dedim ki ondansa şirniyyat zavodu açılsın. Sahibkarlarda hələ də əminlik yoxdur ki, növbəti devalvasiya olmayacaq. Çünki manatla kredit verilmir. Dollarla isə almağa risk etmirlər ki yenidən devalvasiya ola bilər”.

Birinci vitse-spiker Ziyafət Əsgərov deyib ki, Azərbaycanda iqtisadi böhran yoxdur, iqtisadi çətinlik var: “Bu da müvəqqəti haldır, biz bundan çıxacağıq, yaxın zamanlarda da bunun şahidi olacaqsınız”.

Millət vəkili Fuad Muradov da həmkarlarının fikirlərinə etiraz edib. Qeyd edib ki, Azərbaycanda bərbad vəziyyət yoxdur: “ Bərbad vəziyyət Venesuela və başqalarındandır. Elə büdcəni bu gün müzakirə edirik ki, bərbad vəziyyət olmasın”.

***

Maliyyə naziri Samir Şərifov millət vəkillərinin təkliflərinə cavab verib: “Sahibkarlığın inkişafında iqtisadi fəallığın zəifləməsini görürük. Hazırda bundan çıxış yolları axtarılır. Manatın məzənnəsinin ucuzlaşması bəzi orqanların gəlirlini artırıb. Əlavə daxilolmalar əldə etmək imkanlarını yaradır. Tibbi avadanlıqların və dərman vasitələrinin ƏDV-dən azad olunması məsələsi ilə konkret nəsə deyə bilmərəm. Bu məsələ diqqətimizdədir. Ancaq bu gün avadanlığı gətirən şikrətlər 7 ilə qədər avadanlıq gətirməklə bağlı rüsumlardan azad edilir, həm də 50 faiz güzəşt edilir. Bu məncə, inqilabi dəyişiklikdir”.

 






Fikirlər