SOCAR və Transneft BAKI-Novorossiysk kəməri ilə NEFT nəqlinə DAİR razılığa gəldi

Bu barədə SOCAR-dan məlumat verilib.


Şirkətdən bildirilib ki, müqavilə bir neçə günə imzalanacaq.
Qeyd edək ki, Azərbaycan nefti 1997-ci ildən Bakı-Novorossiysk boru kəməri vasitəsilə Rusiya ərazisindən keçməklə nəql olunur. Bu kəmərin ümumi uzunluğu 1 330 km-dir. 2015 -ci ildə Bakı-Novorossiysk boru kəməri ilə 1,2 mln. ton, 2014-cü ildə 1 mln. ton, 2013 -cü ildə 1,75 mln. ton neft nəql olunub. 2016-cı ildə isə Bakı-Novorossiysk kəməri ilə 1,5 mln. ton neft nəqli nəzərdə tutulur. (Report)






Fikirlər