Prokuror Beynəlxalq BANKIN sabiq əməkdaşlarına CƏZA İSTƏYİB
Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin mənimsəmədə təqsirləndirilən əməkdaşı Əlisultan Məmmədov, bankın digər əməkdaşları Ramin Səməndərov, Kifayət Səmədova, Hacalı Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. “Report”un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihmçısı çıxış edib. Prokuror çıxışında Əlisultan Məmmədovun 8 il, Ramin Səməndərovun 6 il, Kifayət Səmədovanın 2 il və Hacalı Cavadovun isə 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası fevralın 7-nə təyin edilib. Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Şamaxı filialının direktoru olmuş Ə.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Digər şəxslər də bankın əməkdaşlarıdır. Onlar barəsində həbs qətimkan tədbiri seçilməyib.