Daha bir şirkət Azərbaycandakı nümayəndəliyini LƏGV ETDİ
"Colgate-Palmolive Temizlik Ürünleri Sanayi ve Ticaret Anonim” şirkəti Azərbaycandakı nümayəndəliyinin ləğv olunduğunu elan edir. "AzerTaym.az" APA-ya istinadən xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elanda deyilir. Nümayəndəlik cari ilin sentyabr ayının 15-dən ləğv olunacaq. Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, ev 44 ünvanına bildirə bilərlər.