Hacı Məmmədovun xanımı azadlığa çıxdı - FOTO
Amnistiya aktının icrası ilə bağlı bu gün 4 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılan 3 qadından biri uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevadır. AzerTaym.az saytı gununsesi.info saytına istinadən xəbər verir ki, Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyeva da amnistiya aktına düşənlər sırasında olduğu üçün azad edilib. Amnistiya aktının şamil olunduğu qadın məhkumlardan üçü bu gün azadlığa buraxılıb. Bağışlanma aktına düşən digər məhbusların dörd ay ərzində müəssisədən azad olunması nəzərdə tutulur.
Xatırladaq ki, məhkumların azad edilməsi mərasimdə Ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin idarə rəisi Mirsaleh Seyidov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev də iştirak edib. Qeyd edək ki, Nailə Quliyeva 2005-ci ilin martında MTN-in “Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır. AzerTaym.az