İsmət Bəkirova 16 il 6 AY HƏBS cəzası verilib

bitmap-img6

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən İsmət Bəkirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

 

Məhkəmənin hökmü ilə İ. Bəkirov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində qapıçı işləyən, əvvəllər məhkum olunmuş İsmət Bəkirovun qadağan edilmiş ərazidə siqaret çəkib yerə atması səbəbindən həmin vaxt orada xidməti vəzifələrini icra edən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Qaradağ rayon Mühafizə şöbəsinin polis nəfərləri Şaiq Ağayev və Vüqar Qəmbərov ona yaxınlaşaraq bu barədə iradlarını bildirməsi onun xoşuna gəlməyib.
İ. Bəkirov Cinayət Məcəlləsinin 29, 120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumunu qəsdən öldürməyə cəhd) maddəsi ilə ittiham edilib.(gununsesi.info)

 






Fikirlər