''Qızıl Məryəmin'' ölüm işinə qapalı baxılacaq: 'İntim münasibətlərlə bağlı...'

'Qızıl Məryəmin'' ölüm işinə qapalı baxılacaq: 'İntim münasibətlərlə bağlı...

"Qızıl Məryəm" ləqəbli anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova və onunla birlikdə həbs edilən xalası oğlu və dostunun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə vəkillər vəsatətlə çıxış edib.
Onlat məhkəmə prosesinin qapalı keçirilməsini istəyiblər.
Cinayət işi materiallarında ailə daxili məsələlətin, intim münasibətlərdən bəhs edən məlumatların olduğu əsas gətirilib.
Digər vəkillər və zərərçəkmişin hüquqi varisi vəsatətin təmin edilməsini istəyib.
Prokuror vəsatətlə bağlı qərarın verilməsini məhkəmənin səlahiyyətinə buraxıb. 
Məhkəmə yerində müşavirə edərək prosesin qapalı keçiriləcəyini açıqlayıb.
Jurnalistlər və digər şəxslər prosesdən çıxarılıb.
Məhkəmə prosesi sentyabrın 23-də davam etdiriləcək.
Hadisə ilə bağlı yayılan rəsmi məlumatda qeyd edilir ki, yanvarın 5-də saat 09 radələrində 1965-ci il təvəllüdlü Namet-zadə Məryam Tofiq qızının yaşadığı mənzilində üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib.
Hadisə ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.
Hadisəni mərhumun qızı 1988-ci il təvəllüdlü Günel Hüseynova, qohumu (bacısı oğlu) 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr olduğundan onlar tutularaq istintaqa cəlb olunublar.

 






Fikirlər