Bakıda oğul anasını güllələdi
Bakıda qətl törədilib. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə ötən gecə Zabrat-2 qəsəbəsi Oktyabr küçəsi 52 ünvanında, məcburi köçkünlərin məskunlaşdığı yataqxanada qeydə alınıb. Orda məskunlaşmış Füzuli rayonundan olan məcburi köçkün, 16 yaşlı Maarif Eldar oğlu Əliyev anası, 1978-ci il təvəllüdlü Mədinə Qurbanovanı yatdığı yerdə güllələyib. M. Əliyev polisə könüllü təslim olub.
O, hadisədə istifadə etdiyi, babasına məxsus ov tüfəngini də polisə təhvil verib.
M. Əliyev qətli namus üstündə törətdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.