Universitet müəlliməsinə dələduzluğa görə 7 il cəza verildi

Universitet müəlliməsinə dələduzluğa görə 7 il cəza verildi

Bakıda universitetə adam düzəldən müəlliməyə hökm oxunub.

O, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Mətanət Şahalıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 
Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə müəlliməyə hökm oxunub.
Məhkəmənin hökmü ilə M.Şahalıyeva 7 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Müəllimlər İnstitutunun müəllimi olan M.Şahalıyeva Bakı sakini Qəhrəman Əliyevdən övladını universitetə qəbul etdirəcəyi adı ilə pul alıb.
20 min manat alsa da vədinə əməl etməyib. M.Şahalıyeva Ceyran Bayramovaya qarşı da eyni əməl törədib və ondan da 12 min manat pul alıb.
Ancaq həbs edilən müəllimə özünü təqsirli bilmədiyini, pulları borca aldığını deyir.






Fikirlər