“Azərbalıq”ın eks prezidenti məhkəmədan həbs edildi

“Azərbalıq”ın eks prezidenti məhkəmədan həbs edildi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbalıq” Dövlət Konserninin sabiq prezidenti Ənvər Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Virtualaz.org-un məlumatına görə, hakim İradə Həsənzadənin sədrlik etdiyi prosesdə hökm oxunub. Hökmə əsasən, Ə. Mustafayev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Ə. Mustafayev məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, Ə. Mustafayev dələduzluqda təqsirləndirilir. İbtidai istintaq və məhkəmə zamanı onun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Məlumata görə, Ə. Mustafayev Heydər Əliyev Fondunun adından dələduzluq edib. O, türk iş adamı Ali Aras Zəkəriyyə oğlu və onun ortağı Həşimov Yusif Zülfüqarı Heydər Əliyev Fondunun xəttilə Balakən və Zaqatala rayonunda məktəb tikintisinə cəlb edəcəyi ilə aldadaraq 224 min manat pullarını mənimsəyib.






Fikirlər