Bakıda qadın banka hücum etdi - ŞÜŞƏLƏRİ SINDIRDI

Bakıda 46 yaşlı qadın bank filialının şüşələrini sındırıb.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsində yerləşən "Bank of Baku” ASC-yə məxsus filialdan polisə "həyəcan” siqnalı daxil olub. Dərhal hadisə yerinə gələn Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları, bankın giriş qapısının şüşəsinin sındırıldığını aşkar ediblər.Əməkdaşlar obyektin qarşısında olan Suraxanı rayon sakini, 1971-ci il təvəllüdlü Qarayeva Flora Fərhad qızını əlində daş parçası ilə saxlayaraq ərazi üzrə 13-cü Polis Bölməsinə təhvil veriblər.Faktla bağlı Sabunçu RPİ-nin 13-cü PB-də araşdırma aparılır.

AzerTaym.az

 

 

 

 






Fikirlər