700 manata saxta diplom satan şəxs YAXALANDI
Faktla bağlı araşdırmalara başlanlıb.
Bakı Dövlət İqtisadiyyat Kollecininsaxta diplomunu satan şəxs saxlanılıb.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağcabədi şəhərində yaşayan Kəlbəcər şəhər sakini Orxan İsayev Bakı Dövlət İqtisadiyyat Kollecinin saxta diplomunu Xırdalan şəhərində 700 manata satarkən saxlanılıb.
Xəbəri Daxili İşlər Nazirliyinin rəsmi saytı yayıb.