NOVRUZDA ƏFV OLACAQ?

Похожее изображение 

Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev açıqlamasında qarşıdan gələn Novruz bayramı ərəfəsində növbəti əfv fərmanının imzalanmasını istisna etmir. 

Əfv hüququnun ölkə başçısının müstəsna səlahiyyətlərinə və konstitusion hüquqlarına aid bir məsələ olduğunu vurğulayan Komissiya üzvünün dediyinə görə, nə zaman əfv sərəncamı imzalanacağı və kimlərə şamil olunacağı birbaşa Prezidentin şəxsi iradəsindən asılıdır:
" Odur ki, birmənalı şəkildə Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı və yaxud əksini iddia etmək doğru deyil. Amma indiyə qədərki praktika göstərir ki əfv sərəncamları adətən əlamətdar günlərə təsadüf edib və yüzlərlə məhkum öz ailələrinə qovuşub. Bu nöqteyi nəzərdən Novruz bayramı ilə əlaqədar da prezidenti növbəti dəfə humanist addım ataraq əfvlə bağlı sərəncam imzalaya bilər.Amma bu mənim şəxsi mövqeyimdir, əlimdə konkret faktlar yoxdur”.
Daimi olaraq, Əfv məsələləri üzrə komissiyanın katibliyində işlər getdiyini, müvafiq arayışlar hazırlandığını vurğulayan Ə. Nuriyevin sözlərinə görə, əfvlə bağlı daxil olan müraciətlər bir-bir yoxlanılır, müvafiq arayışlar hazırlanır: 
"Eyni zamanda Komissiya üzvlərinə daxil olan məktub və müraciətləri də katibliyə və Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoruna göndəririk”.

 






Fikirlər