Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib

Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilibFüzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib














Füzulinin Hordiz şəhərindəki Olimpiya-İdman Kompleksinin stadionunda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.

Tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini Bahar Muradova və rayonun idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələr iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə stadionda Novruza aid adət-ənənələri özündə əks etdirən sərgiyə baxıblar. Milli adət-ənənələrimizə uyğun olaraq meydanda yun daranıb, nehrə çalxalanıb, sacda yuxa bişirilib.

Tədbir Dədə Qorqud və Bahar qızın meydana gəlişi ilə başlayıb, Novruz tonqalı alovlandırılıb.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Novruz bayramı münasibəti ilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Alı Alıyev deyib: “Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədım el bayramıdır. Xalqımızın mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir bayram təsəvvür etmək çətindir. Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz bayramı artıq iki ildir ki, YUNESKO tərəfindən beynəlxalq səviyyədə qeyd edilir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz günü” elan edib”.

Alı Alıyev bildirib ki, hər bir füzulilinin ən böyük arzusu Ermənistanın işğal etdiyi torpaqlarımızın azad olunmasıdır. “Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik”.

Milli Məclis Sədrinin müavini Bahar Muradova da tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik edib.

Sonra Novruzun qəhrəmanları olan Kosa və keçəl, rayon Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri tonqal ətrafında yallı gediblər. Bayram adətinə görə uşaqlar yumurta döyüşdürüblər. Rayon idmançılarının nümunəvi çıxışları, mədəniyyət evinin musiqiçilərinin konsert proqramı tədbir iştirakçılarının bayram əhval-ruhiyyəsini daha da artırıb.

Ryon İcra Hakimiyyətinin başçısı adından ərazidə və respublikanın digər şəhər və rayonlarında məskunlaşan şəhid ailələrinə, Böyük Vətən müharibəsi və Qarabağ müharibəsi veteranlarına, əlillərə, eləcə də imkansız ailələrə bayram sovqatı paylanıb.


Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilibFüzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
Füzulidə Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib






Fikirlər