27 dekabr 2014-cü il Gədəbəy rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə tədbir keçirildi.

27 dekabr 2014-cü il Gədəbəy rayonunda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə tədbir keçirildi.Tədbirdə RİH başçısı Ramiz Yediyarov, rayonun Hüquq və Mühafizə orqanları, digər idarə-müəsisə və təşkilat rəhbələri də iştirak etdilər.

Tədbiri giriş sözləri ilə RİH başçısı Ramiz Yediyarov açaraq bütün gədəbəyliləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı münasibəti ilə təbrik etdi. O, son illərdə Respublikamızda həyata keçirilən böyük işlərdən danışdı. Ölkə rəhbərinin diqqət və qayğısı nəticəsində rayonumuzda aparılan quruculuq işləri barədə tədbir iştirakçılarına məlumat verdi.

Bayram tədbirində rayonun ictimai-siyasi fəaliyyətində fərqlənən bir qrup müəllim və müharibə veteranına RİH başçısının fəxri fərmanı və qiymətli hədiyyələr verildi.

Tədbir geniş konsert proqramı ilə davam etdirildi.






Fikirlər