FETÖ-nün Azərbaycan nümayəndəsi HƏBS EDİLDİ

Türkiyənin Malatya şəhərinin prokurorluğu tərəfindən axtarışa verilmiş FETÖ terror təşkilatının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi həbs edilib.

 Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, M.M adlı şəxs İstanbulda tutulduqdan sonra Malatyaya gətirilib və məhkəmə qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib.
 Bildirilir ki, həmin şəxs terror təşkilatının xüsusi yazışma proqramı olan "Bylock” istifadəçisi olub və qruplaşmanın gizli xəbərləşmələrində mühüm rol oynayıb.
 Qeyd edək ki, Malatyada FETÖ ilə bağlı ümumilikdə 12 nəfər saxlanılıb ki, onların əksəriyyəti "Bylock” istifadəçisi olub. Təşkilatın özünü Azərbaycan nümayəndəsi adlandıran üzvünün hansı funksiyaları yerinə yetirdiyi bəlli olmasa da, onu bu vəzifənin saxta icraçısı olduğu qeyd edilir.
AzerTaym.az
 
 
 






Fikirlər