Azərbaycanlı biznesmen öldürüldü – FOTOLAR + VIDEO
Rusiyanın Saratov vilayətində bizneslə məşğul olan azərbaycanlı işadamı Ceyhun Cəfərov öldürülüb. “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Saratov vilayəti İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb. İnformasiyaya görə, naməlum şəxs və ya şəxslər C.Cəfərova odlu silahdan atəş açıblar. O, aldığı küllə yaralarından hadisə yerində dünyasını dəyişib. Saratov vilayətində Azərbaycan diasporunun sədri Vladimir Muradovun sözlərinə görə, Ceyhun Cəfərov dünən axşam özünə məxsus “Lexus” avtomobilində qaraja yaxınlaşıb. Killer onu orada gözləyirmiş. Hadisə yerinə yaxında olmuş adamlar üç güllə səsi eşidiblər. Ceyhun Cəfərov ürəyindən vurularaq qətlə yetirilib. Killerin axtarışları davam edir. Vladimir Muradov əlavə edib ki, Ceyhun Cəfərovun heç kimlə ədavəti olmayıb. Onun rəhbərlik etdiyi tikinti şirkəti hazırda şəhərdə yerləşən Gənc Tamaşaçılar Teatrını və 1 nömrəli gimnaziyanı təmir edir.