“LOTU QULİ”nin yaxın ADAMI SAXLANILDI
Azərbaycanlı "qanuni oğru”, kriminal aləmdə "Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adamı Rəşad Məmməd oğlu İsmayılov həbs olunub. AzerTaym.az Yenicag.az-a istinadən xəbər verir ki, "Rəşad Gəncinski” kimin tanınan kriminal avtoritet Belarusda saxlanılıb. Minskdə saxlanılan Rəşadın üzərindən odlu silah və narkotik vasitə götürülüb.