UZUN MÜDDƏT AXTARIŞDA olan cinayətkar tutulub

İnterpolun siyahısında ən uzun müddət axtarışda olanlar arasında yer alan 28 yaşlı Piotr Kupiec həbs edilib.  Azərtaym.az xarici KİV-ləə istinadən xəbər verir ki, o, Britaniyada kafelərdən birində işləyirmiş.

 

Oğurluq, zorakılıq və futbol pərəstişkarının qətlində ittiham edilən polyak əsilli Piotr Kupiec polis məntəqəsindən cəmi 400 metr aralıda yerləşən kafedə keçirilən reyd zamanı saxlanılıb.

 

İnterpolun axtarışında olan şəxslər siyahısına 2008-ci ildə düşən cinayətkar dörd ilə yaxın bu kafedə çalışıb. Özünü saxta sənədlə təqdim edən Piotrun cinayətkar olması faktı ətrafındakıları şoka salıb. İş yoldaşları, tanışları onu gülərüz və mehriban insan kimi tanıyırdılar.

 

Polis Piotr Kupiecin “İnfra Red” adlanan kriminal qrupun üzvü olduğunu iddia edir. Saxlanılan cinayətkar və dəstənin digər üzvləri barəsində cinayət işinin istintaqı davam etdirilir.






Fikirlər