DİN UNİVERSİTETDƏN 500 MİN MANAT oğurlayan şəxslə bağlı məlumat yaydı - YENİLƏNİB

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dəstənin digər üzvlərinin tutulması istiqamətində tədbirlər davam etdirilir 

Daxili İşlər Nazirliyi Bakıda universitetdə baş verən oğurluqla bağlı məlumat yayıb.

 Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən məlumatına görə, Nərimanov RPİ 18-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da Odlar Yurdu Universitetindəki xidməti otaqlardan birindən içərisində 83375 manat və 219900 ABŞ dolları olan seyfi oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sübhan Ələkbərov tutulub.

 Faktla bağlı araşdırma aparılır.

 10:54

 Bakıda universitetdən içərisi pulla dolu seyfi oğurlayan dəstənin bir üzvü tutulub.

 Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində bir neçə gün əvvəl Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyfi oğurlayan 4 nəfərdən ibarət dəstənin üzvlərindən biri - 25 yaşlı Sübhan Ələkbərov saxlanılıb. Hazırda polis dəstənin digər 3 üzvünün tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

 Qeyd edək ki, məlum hadisə yanvarın 9-da qeydə alınıb. Odlar Yurdu Universitetindən içərisində 500 min manat olan seyf naməlum şəraitdə oğurlanıb.






Fikirlər