Dövlət idarələrini soyan dəstə ələ keçdi

Azərbaycanda dövlət idarəsindən oğurluq edən şəxslər tutulub.
Dövlət idarələrini soyan dəstə ələ keçdi
Azertaym.az bildirir ki, Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Lənkərandakı 1 saylı Notariat Kontorunda pəncərədən girmək yolu ilə 2660 manat pul oğurlanıb.

Görülən tədbirlər nəticəsində oğurluğu Lənkəran rayon sakinləri Əli Ramazanov, Şəhriyar Həsənzadə, Rəşad Bağırovun törətdiyi məlum olub. Həmin şəxslər saxlanılıb.

Aparılan əməliyyat tədbirləri nəticəsində onların İqbal Kərimov adlı şəxslə birgə Əziz Babayevə məxsus avtomobillərin təmiri sexindən içərisində 5700 manat olan seyfi, Cəlal Azadova məxsus stomatoloji kabinetdən televizor, habelə 2 saylı poçt məntəqəsindən oğurluğa cəhd göstərmələri müəyyən edilib.






Fikirlər