AZAL 1200 manata bilet satır, amma 1 milyon manat vergi BORCU var - RƏSMİ
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) dövlət büdcəsinə ümumilikdə 1 milyon 16 min 197 manat 9 qəpik vergi borcu var.
Yeniavaz.com xəbər verir bildirir ki, nizamnamə kapitalı 823 milyon 974 min 470 manat olan AZAL-ın uzun illərdir zərərlə fəaliyyət göstərir. Açıqlanan sonuncu rəsmi məlumatda AZAL-ın il ərzində 208 milyon manat zərər etdiyi qeyd olunub.
Onu da qeyd edək ki, il ərzində 208 milyon manat zərər edən, 1 milyon manatdan çox veri borcu olan AZAL -ın Bakı-İstanbul reysinə biznes-sinif biletlərinin qiyməti 1 188 manat təşkil edir. AZAL-ın Bakı-İstanbul reysinə ən ucuz bilet 381 manata satılır.