Üç dövlət qurumu birgə mətbuat konfransı keçirir
Bu gün Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva mətbuat konfransı keçirir. "AzerTaym.az" bildirir ki, hər üç rəsmi şəxs jurnalistlərin suallarını cavablandırır. H. Hacıyev bildirib ki, mətbuat konfransı Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribatlarına həsr olunub./qafqazinfo/