RƏMİŞ və Aftandil İsrafilovdan BORC etirafları — FOTOLAR

Rəmiş və Aftandil İsrafilovdan borc etirafları — FOTOLAR

Xalq artistləri Aftandil İsrafilov və Rəmiş bu gün "Dünya" televiziyasında yayımlanan "Bu sabah" verilişinin qonağı olublar.

AzerTaym.az Ölkə.az -a istinadən xəbər verir ki, sənətkarlar onlara borclu olan insanlardan danışıblar. Aparıcı Nuranə Axundovanın "Hamı sizi pullu adam bilir, yəqin buna görə tez-tez borc istəyənlər olur" sualına İsrafilov belə cavab verib:

"Burdan deyirəm, hamı eşitsin. Min manata qədər borc verdiklərim heç, istəmirəm. Amma min manatdan yuxarı borcu olanlar bala-bala qaytarsınlar. Bax necə ki, bankdan kredit götürüb qaytarırsınız, mənim də pullarımı hissə-hissə qaytarın".

Rəmiş isə bildirib ki, kimsə pul istəyəndə yüz manat verir və onu da borc hesab etmir:

"Amma vaxt olub ki, gecə bir ətək pul qazanmışam, elə həmin gün də dağıtmışam, səhərə bir manat tapmamışam".

Sənətkarlar barmaqlarındakı üzüklərdən də danışıblar. Rəmiş bildirib ki, üzüyü ona həyat yoldaşı Gülü xanım hədiyyə edib. Aftandil İsrafilov isə hədiyyə üzüyün kimdən olduğunu açıqlamayıb.

 
 






Fikirlər