İsrafil İsrafilov daha bir əleyhdarını “Azdrama”dan QOVDU

İsrafil İsrafilov daha bir əleyhdarını “Azdrama”dan QOVDUAkademik Milli Dram Teatrının ədəbi hissə müdiri Atababa İsmayıloğlu tutduğu vəzifədən kənarlaşdırılıb.

Bu barədə AzNews.az-a onun özü məlumat verib. A.İsmayıloğlu qeyd edir ki, onu vəzifədən Akademik Milli Dram Teatrın direktoru İsrafil İsrafilovun göstərişi əsasında çıxarıblar:

“İyunun 30-da Kadrlar Şöbəsinin müdiri məni çağırıb bildirdi ki, “direktor İsrafil İsrafilov tapşırıq verib ki, sabahdan işə gəlməyəsiniz”. Mən də dedim ki, ərizə yazmayacam. İkincisi də əgər mənim çıxmağım teatrın xeyrinədirsə, sabahdan işə gəlmərəm. İstədim ki, bununla bağlı İsrafil müəllimlə üz-üzə görüşəm. Amma o, mənimlə görüşmədi”.

A.İsmayıloğlu qeyd edib ki, məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə şikayət edəcək:

"Nazir müavini Ədalət Vəliyevlə görüşmək istəyirəm. Amma o, məzuniyyətdədir. Mən həm də teatrşünasam. Qorxdum ki, məni teatra buraxmazlar, odur ki, həmin ərəfədə başım ancaq kompüterdə olan yazılarımı yığışdırağa qarışdı. Amma Ədalət müəllimlə yanaşı, həm də daha yüksək qurumlarla görüşəcəm. Bu işi belə qoymaq olmaz. Mənim məqsədim teatrda olan vəziyyəti Ədalət Vəliyevə deməkdir. Akademik teatrda “Kərəmov” prinsipi var. “Kərəmov” nə dedi gərək baş əyib deyəsən ki, düzdür. Bunu Ədalət müəllim bilməlidir. Akademik teatr direktor hökmranlığı ilə işləyir. Teatrın əsas iş prinsipi yaxşı tamaşa hazırlamaqdır. Tamaşanı isə rejissor qoyur. O teatrda isə nəin ki, baş rejissor, heç sıravi rejissor da yoxdur".






Fikirlər