Borc yiyələrindən qaçmaq üçün həbs olunmaq istədi - Qəribə cinayət

Borc yiyələrindən qaçmaq üçün həbs olunmaq istədi - Qəribə cinayət Dünən Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng vuraraq Neftçilər prospekti 131 ünvanında yerləşən "Park Bulvar" ticarət mərkəzində partlayıcı qurğu yerləşdirilməsi barədə yalan məlumat verən şəxs müəyyən edilib.

"AzerTaym.az" lent.az-a istinadən xəbər verir ki, araşdırmalar nəticəsində həmin şəxsin Suraxanı rayon sakini 1970-ci il təvəllüdlü Allahverdiyev İsmayıl Həbib oğlu olması bəlli olub. O, polis tərəfindən saxlanılıb.

İlkin dindirmə zamanı 45 yaşlı İ.Allahverdiyevin bir neçə nəfərə xeyli miqdarda pul borclu olması üzə çıxıb. O, ifadəsində qeyd edib ki, özü qəsdən polisə yalan məlumat verib və həbs olunmaq yolu ilə borc yiyələrindən bir müddətlik yaxa qurtarmaq istəyib.

Araşdırmalar davam etdirilir.






Fikirlər