Azərbaycan “EUROVİSİON”nın finalında dördüncü çıxış edəcək
Mayın 14-də Stokholmun “Globe” arenasında “Eurovision-2016” mahnı müsabiqəsinin final şousu baş tutacaq. Ötən gün müsabiqənin II yarımfinal şousunun qalibləri müəyyən edildikdən sonra daxili püşkatma keçirilib. Final şousunda ölkə təmsilçilərinin səhnəyə çıxma ardıcıllığı müəyyən edilib. Belə ki, Azərbaycanı “Eurovision-2016” mahnı müsabiqəsində "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli səhnəyə 4-cü nömrə altında çıxacaq. Yarışmaya Belçika təmsilçisinin ifası ilə start veriləcək. Son olaraq isə səhnəyə Ermənistan təmsilçisi çıxacaq. Tamaşaçılar ölkə təmsilçilərini aşağıdakı ardıcıllıqla izləyəcəklər: 1. Belçika 2. Çexiya 3. Niderland 4. Azərbaycan 5. Macarıstan 6. İtaliya 7. İsrail 8. Bolqarıstan 9. İsveç 10. Almaniya 11. Fransa 12. Polşa 13. Avstraliya 14. Kipr 15. Serbiya 16. Litva 17. Xorvatiya 18. Rusiya 19. İspaniya 20. Latviya 21. Ukrayna 22. Malta 23. Gürcüstan 24. Avstriya 25. Böyük Britaniya 26. Ermənistan Qeyd edək ki, qaydalara əsasən, finalda 26 ölkə iştirak edəcək. Finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi İsveç və “böyük beşlik” ölkələri Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır. 61-ci “Eurovision” mahnı müsabiqəsində 42 ölkənin nümayəndələri iştirak edib. (APA)